Böyük Britaniyanın keçmiş baş naziri Boris Consonun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp Ukraynanı dəstəkləməkdə davam edir, ona görə də panikaya təslim olmaq lazım deyil.
Moderator.az "TSN"-ə istinadla xəbər verir ki, bu barədə britaniyalı siyasətçi "X" sosial şəbəkəsindəki hesabında yazıb.
"Tramp Ukraynanı satmır. Və avropalıların panikaya və sızıldamağa son vermə vaxtıdır", - deyə o, qeyd edib.
Boris Conson əlavə edib ki, Avropanın "irəli addım atmağının" zamanıdır.
Xatırladılır ki, Zelenskinin sözlərinə görə, amerikalı senatorların Ukraynaya münasibəti müsbətdir. Münhen Təhlükəsizlik Konfransı çərçivəsində onlar Ukraynanı dəstəkləməyə davam edəcəklərini bildiriblər.
S.Laçın