AZ

Zelenski ABŞ-nin faydalı qazıntılara sahiblənmə ilə bağlı sazişi imzalamaqdan imtina edib

Bakı. Trend:

Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-yə Ukraynanın faydalıqazıntı ehtiyatlarının 50%-nə sahib olmaq hüququnu verən sazişiimzalamaqdan imtina edib.

Trend-in məlumatına görə, bu barədə "Washington Post" qəzetininicmalçısı Coş Roqin Amerika qanunvericilərinə istinadən "X" sosialşəbəkəsində yazıb.

"Münhendəki bir neçə qanunverici mənə dedi ki, ABŞ Konqresininnümayəndə heyəti Zelenskiyə imza atmasını istədikləri sənəd verib",- deyə jurnalıst bildirib. Onun sözlərinə görə, bu sənəd ABŞ-yəUkraynanın gələcək faydalı qazıntılar ehtiyatlarının 50 faizsahiblənmə hüququnu verirdi.

"Zelenski nəzakətlə onu imzalamaqdan imtina etdi", - deyə CoşRoqin yazıb.

Seçilən
21
2
az.trend.az

3Mənbələr