Dünyanın ən nüfuzlu biznes jurnallarından biri olan "Forbes" bu yaxınlarda "Dünyanın ən zəngin insanları" siyahısını yeniləyib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, siyahıda diqqət çəkən adlar arasında Türkiyədən olan Bayraktar qardaşları da var.
Qeyd olunur ki, ötən il Selşuk Bayraktar 1.2 milyard dollar, Haluk Bayraktar isə 1.1 milyard dollar sərvətlə bu siyahıya daxil olub.
Selçuk və Haluk Bayraktarlar sərvətlərinin artması ilə üst sıralara yüksəliblər.
"Baykar Teknoloji"nin idarə heyətinin sədri Selçuk Bayraktar şirkətdəki 52.5 faiz payı sayəsində şəxsi sərvətini 1.8 milyard dollara artırıb. Bu rəqəmlə Selçuk Bayraktar Türkiyənin 15-ci ən varlı adamı olub.
Selçuk Bayraktarın böyük qardaşı Haluk Bayraktar da siyahının əvvəlində öz yerini tutub. "Baykar Teknoloji" səhmlərinin 47.5 faizinə sahib olan Haluk Bayraktarın sərvəti 1.6 milyard dollara çatıb. Bununla da Haluk Bayraktar Türkiyənin 19-cu ən zəngin adamı olub.
Qeyd edək ki, "Baykar Teknoloji" son illərdə istehsal etdiyi pilotsuz uçuş aparatları ilə dünya miqyasında məşhurlaşıb.
Milli.Az