AZ

“Vaxtında bizə məlumat versəydi, onu…” - VİDEO

Sərbəst güləş üzrə 125 kq çəki dərəcəsində U-20 Azərbaycan çempionatında çıxış edən Muxamed Qantemirovun geyindiyi geyimin üzərindəki rus bayrağı sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.

Sportinfo.az xəbər verir ki, onun ölkə birinciliyində başqa ölkə bayrağı ilə yarışması tənqid edilib.

Azərbaycan çempionatında idmançının başqa ölkənin bayrağı ilə xalçaya çıxması da sual doğurub.

Güləş Federasiyasının mətbuat xidmətinin rəhbəri Sərxan Musalı saytımıza açıqlamasında güləşçilərin ölkə çempionatında başqa bayraqla mübarizə aparmasının qadağan edildiyini bildirib.

Federasiya rəsmisi Muxamed Qantemirovun geyimindəki Rusiya bayrağının əvvəlcədən üzərinin örtüldüyünü açıqlayıb (qafqazinfo):

“Əslində, bizdə görüntülər var. Onun geyimindəki Rusiya bayrağı əvvəlcədən bağlanmışdı.

Lakin bayrağın üzərinə vurulan stiker sonradan qopub. Hakimlər daha sonrastikerin qopduğunu görüb və yenidən üzərini örtüblər. Bu finalda qısa zaman ərzində baş verib.

O, yeniyetmə idmançılar arasında Avropa ikincisi və dünya üçüncüsüdür. İdmançının trikosu var.

Sadəcə, itirdiyi üçün bu cür gəlib. Vaxtında bizə məlumat versəydi, onu geyimlə təmin edərdik. Amma məlumat vermədiyi üçün bu cür mənzərə yaranıb”.

Seçilən
7
16
sportinfo.az

10Mənbələr