AZ

Riçard Almeydanın yeni klubu bəlli oldu

"Qarabağ"ın sabiq futbolçusu Riçard Almeyda karyerasını Braziliyada davam etdirəcək.

Riçard Almeyda karyerasını Braziliyada davam etdirəcək. “Qarabağ”ın sabiq yarımmüdafiəçi aşağı dəstə təmsilçisi “Primavera” ilə razılıq əldə edib.

"Operativ Media" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Braziliya təmsilçisi yaydığı məlumatda Almeydanın keçidinə komandanın aparıcı üzvlərindən olan Junior Caiçaranın rolu olduğunu qeyd edib.

Transferin detalları ilə bağlı ətraflı məlumat verilməyib.

Qeyd edək ki, Azərbaycan millisinin sabiq oyunçusu 2013/2018, 2018/2020 və 2021/2025-ci illərdə “Qarabağ”ın, 2020/2021-ci illərdə isə “Zirə”nin heyətində çıxış edib.

Seçilən
26
3
operativmedia.az

4Mənbələr