AZ

Çinli qadın itini yeyən işçiləri məhkəməyə verib

Çində qadın itini yeyən işçiləri məhkəməyə verib.

hakimiyyet.az xəbər verir ki, bu barədə "World of Buzz" məlumat yayıb.

Qeyd olunur ki, Çin təqvimi ilə keçirilən Yeni il bayramı ərəfəsində qadın Maldiv adalarına tətilə getməzdən əvvəl itini ev heyvanları üçün nəzərdə tutulmuş sığınacağa qoyub.

Lakin yanvarın 29-da atəşfəşanlıqdan qorxan dörd yaşlı it sığınacaqdan qaçaraq yoxa çıxıb. Heyvan sıx hərəkətli avtomobil yoluna çıxıb və onu maşın vurub. Sonradan məlum olub ki, yol şirkətinin əməkdaşları itin cəsədini aşkar edib və onun sahibsiz heyvan olduğunu güman edərək aparıblar.

Müşahidə kamerasının görüntülərinə əsasən, iki yol işçisi iti şirkətlərinin bufetinə aparıb, orada aşpaz onu bişirib, sonra isə bir neçə nəfərə onun ətindən yemək verib.

İtin sahibi onun yoxa çıxmasından xəbər tutandan sonra heyvan haqqında məlumat verənə 7 min dollar (11.9 min manat) mükafat elan edib. O, şok təfərrüatları öyrəndikdən sonra günahkar şəxsləri məhkəməyə verəcəyini bildirib.

Yol şirkəti rəsmi üzrxahlıq edərək, işçilərinin qaydaları pozduğunu etiraf edib. Şirkət günahkarlara qarşı sərt tədbirlər görəcəklərinə söz verib. Ev heyvanının saxlandığı sığınacaq da istintaqla əməkdaşlıq edəcəyinə söz verərək hadisəyə görə məsuliyyəti öz üzərinə götürüb.

Seçilən
44
3
hakimiyyet.az

4Mənbələr