ABŞ rəsmiləri Münhendə Ukrayna Prezidenti Vladimir Zelenskiyə Ukraynanın mineral ehtiyatları ilə bağlı sənəd imzalamağı təklif ediblər və "yox" cavabı alıblar.
OXU24.COM xəbər verir ki, bu barədə “Vaşinqton Post” yazıb.
Bu məlumatı nəşrin əməkdaşına ABŞ Konqresindəki mənbələri bildirib. Məlumata görə, Zelenskinin önünə Ukraynanın gələcək mineral ehtiyatlarının 50 faizi üzərində ABŞ-ın hüququnu tanıyacaq sənəd qoyulub. Zelenski isə onu imzalamaqdan imtina edib.
Xatırladaq ki, daha öncə də Zelenskinin ABŞ-ın maliyyə naziri Skott Bessentlə görüşdən sonra təbii ehtiyatlarla bağlı sazişə dair sənədləri imzalamadığı məlum olmuşdu.