Valideynlərini itirən uşaqların təhsil üzrə təminatları qaydası dəyişir.
Dəyişikliyə əsasən, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, habelə onların arasından olan şəxslərə ümumi təhsil, peşə təhsili, orta ixtisas təhsili və ali təhsil müəssisələrini bitirdikləri zaman onlara müvafiq təhsil müəssisəsi tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə birdəfəlik müavinət ödəniləcək.
Təminat müəyyənləşdirilən məbləğdə birdəfəlik müavinət formasında olacaq.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.