Dövlət katibi Marko Rubio və Türkiyənin xarici işlər naziri Hakan Fidan Cənubi Qafqazdakı mövcud vəziyyəti müzakirə ediblər.
Yenisabah.az xəbər verir ki, bu barədə ABŞ rəsmisi “X” hesabında məlumat yayıb.
Görüş 61-ci Münhen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutub.
“Biz qarşılıqlı maraq doğuran çoxsaylı məsələləri, o cümlədən İŞİD-ə qalib gəlmək üçün Qlobal Koalisiya vasitəsilə təhlükəsizlik problemlərini həll etməyi və ABŞ-Türkiyə münasibətlərini gücləndirməyin yollarını müzakirə etdik”, - deyə o vurğulayıb.
Telegram kanalımız