AZ

Türkiyə parlamentində Xocalı soyqırımı anılacaq

Türkiyə Böyük Millət Məclisində (parlamentində) Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı tədbir keçiriləcək.

Bu barədə Demokrat.az-a Azərbaycanın Ankaradakı səfirliyindən məlumat verilib.

Anım tədbiri fevralın 24-də Türkiyə Böyük Millət Məclisinin nəzdində Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfi tərəfindən Azərbaycan diplomatik missiyasının dəstəyi ilə təşkil olunacaq.

Tədbirdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoç çıxış edəcəklər.

Seçilən
12
20
demokrat.az

10Mənbələr