Türkiyə Böyük Millət Məclisində (parlamentində) Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı tədbir keçiriləcək.
Bu barədə Newscenter.az-a Azərbaycanın Ankaradakı səfirliyindən məlumat verilib.
Anım tədbiri fevralın 24-də Türkiyə Böyük Millət Məclisinin nəzdində Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfi tərəfindən Azərbaycan diplomatik missiyasının dəstəyi ilə təşkil olunacaq.
Tədbirdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoç çıxış edəcəklər.
“33-cü ildönümündə biz “Xocalıya ədalət” tələbimizi bir daha təsdiqləyirik ki, bu faciəyə görə məsuliyyət daşıyanlar yeni Xocalı soyqırımının baş verməməsi üçün Beynəlxalq Məhkəmə qarşısına çıxarılsın”, - vəqfdən bildirilib.
Mehman Mehdiyev