Malinin Nyena şəhəri yaxınlığında ölkənin ali təhsil naziri Burema Kansayenin olduğu kortejə silahlı hücum olub.
Axar.az xəbər verir ki, bu barədə “Figaro” məlumat yayıb.
Hücum nəticəsində 4 polis yaralansa da, nazir hər hansı xəsarət almayıb.
Qeyd edək ki, hökumət hücumun İŞİD-ə bağlı silahlı qruplaşmanın törətdiyini iddia edib.