Bakı, TurkicWorld
2025-ci ilin yanvar ayında Qazaxıstan vətəndaşları Türkiyədə 41 daşınmaz əmlak satın alıblar ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 58 obyekt azdır.
Bu barədə TurkicWorld-a Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanından məlumat verilib.
Qeyd edək ki, bu ilin yanvar ayında Türkiyədə əmlak satışları 2024-cü ilə nəzərən 39,7 faiz artaraq 112 min 173 olub.
2025-cü ilin yanvar ayında əcnəbi vətəndaşlara satılan əmlakların sayı 2024-cü illə müqayisədə 24,9 faiz azalaraq 547 olub.