"Neftçi"nin 17 yaşadək futbolçulardan ibarət komandası Türkiyədə təşkil olunan təlim-məşq toplanışı çərçivəsində son oyununda da uduzub.

Offsideplus.az xəbər verir ki, Asif Ramazanovun yetirmələri bu dəfə "Fənərbaxça"ya məğlub olublar - 1:4. "Neftçi"nin heyətində yeganə qolu Nicat Məhərrəmov vurub.

Xatırladaq ki, "ağ-qaralar" bundan öncə "Qalatasaray" (0:5) və "Beşiktaş"la (0:1) da bacarmamışdılar.