Bakıda keçirilən cüdo üzrə "Böyük Dəbilqə" turnirinin ikinci günündə Azərbaycanın 11 təmsilçisi tatami üzərinə çıxacaq.
"Far.Az" xəbər verir ki, kişilərdən Rəşid Məmmədəliyev, İbrahim Əliyev, Vüsal Qələndərzadə, Qadir Hüseynov (73 kq), Zelim Tçkayev, Ömər Rəcəbli, Məhərrəm İmamverdiyev və Süleyman Şükürov (81 kq) mübarizəyə qoşulacaq.
Qadınlardan isə Nərgiz Hacıyeva (63 kq), Südabə Ağayeva və Günel Həsənli (70 kq) qüvvəsini sınayacaq.
Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil olunan turnir fevralın 16-da başa çatacaq. Azərbaycan yarışda 32 idmançı ilə təmsil olunur. YArışın ilk günündə cüdoçulardan Əhməd Yusifov (60 kq) və Elşən Əsədov (66 kq) bürünc medal qazanıb.