AZ

Deyəsən, xalqımız Sahil Babayevi gündüz “əli çıraqlı” axtarmalı olacaq... - GÖRÜNƏNİ BUDUR...

Deyəsən,Azərbaycanda vətəndaşların ən çox narazı olduğu, eynilə ən çox şikayət olunan rəsmi qurumun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi olduğu şübhəsizdir. Buna hardasa normal yanaşmaq olar, çünki əhalinin xüsusilə imkansız təbəqəsi ilə məhz bu qurum məşğul olur. Bu zaman isə haqlı və yaxud haqsız şikayətlərin ortaya çıxması anlaşılandır. Çünki bu quruma müraciət edən onminlərlə, bəlkə də yüzminlərlə vətəndaşın hamısını razı salmaq mümkün deyil.Amma çox təəssüflə qeyd edirik ki, Sahil Babayev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri təyin edilən gündən bu qurumdan haqlı şikayətlərin sayı surətlə artmağa başladı. Büdcəni doldurmaq, daha dəqiq desək xalqın pulunu onun özünə xərcləməmək üçün bütün yollara əl atıldı. Çarəsiz, bir qarın çörəyə möhtac insanlar ölümə tərk edildi. Ümumiyyətlə, vətəndaşlara insan gözü ilə yanaşılmadı, müxtəlif bəhanələrlə minlərlə, onminlərlə insan açlığa, səfalətə sürükləndi.Sahil Babayev bu “xidmətləri”nin qarşılığında daha yüksək vəzifə ilə mükafatlandırılsa da, yeni “sosnazir”in sələfindən daha rəhmli olacağı güman edilirdi. Ən azı ona görə ki, onun qanında erməni qarışığı yoxdur, millətimizin bir fərdidir. Amma necə deyərlər, “sən saydığını say, gör fələk nə sayır”.Belə ki, son günlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən şikayətlərin artması, ən əsası isə insanların haqsız yerə süründürməçiliyə məruz qoyulması faktları artdığından, istər-istəməz belə düşünməyə məcbur oluruq ki, deyəsən, Anar Əliyev sələfinin ölənlərinə rəhmət oxutdurmağa gəlib. Belə getsə, xalqımız Sahil Babayevi gün işığında “əli çıraqlı” axtaracaq.Hörmətli oxucularımızın diqqətinə çatdıraq ki, bir neçə ay əvvəl Azərbaycan Respublikasının vətəndaşı Əliyeva Nuranə Azad qızı redaksiyamıza müraciət edərək, Əmək və Əhalinin Sosial Nazirliyindən olan şikayətini dilə gətirmişdi. Xarici ölkə vətəndaşı olan həyat yoldaşının günəmuzd fəhləlik etdiyini bildirən N.Əliyeva qeyd etmişdi ki, iki azyaşlı uşaqları ilə yataqxanada çox acınacaqlı vəziyyətdə yaşayırlar. Onun sözlərinə görə, həyat yoldaşının aylıq gəliri təxminən 350 manat olur ki, bununla da 4 nəfərin dolanması olduqca çətindir.Bu səbəbdən o, 2023-cü ilin ikinci yarısında ünvanlı sosial yardım almaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edib. Müraciəti araşdırıldıqdan sonra ona 1 illik ünvanlı sosial yardım ayrılması ilə bağlı qərar qəbul edilib. Bu müddət başa çatdıqdan sonra N.Əliyeva yenidən müvafiq sənədləri toplayaraq, nazirliyə təqdim edib. Təxminən 2 ay sonra qurumun “qaynar xətti” ilə əlaqə saxladıqda ona bildirilib ki, həyat yoldaşı xarici vətəndaş olduğu, ən əsası rəsmi iş yeri olmadığı üçün ona ünvanlı sosial yardım verilə bilməz. Bu zaman N. Əliyeva haqqlı olaraq sual verib ki, əgər həyat yoldaşının rəsmi gəliri olmadığı üçün ona ünvanlı sosial yardım düşmürsə, bəs 2023-cu ildə nə üçün müraciətinə müsbət cavab verilib? Təəssüf ki, qurumun məsul əməkdaşı bu sualı cavablandırmaqda aciz qalıb.Qeyd edək ki, N.Əliyevanın “Hüriyyət”ə müraciəti ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdiliyə sorğu ünvanladıq. O, əməkdaşımıza yazılı cavabında qeyd etdi ki, N.Əliyevaya imtina verilməsi nazirliyə təqdim olunan sənədlərdə həyat yoldaşının xarici vətəndaş olduğunu qeyd etməməsi ilə bağlıdır, təkrar müraciət etsin:“Əliyeva Nuranə Azat qızının ünvanlı dövlət sosial yardımla bağlı elektron sistemə sonuncu müraciəti 6 noyabr 2024-cü il tarixində olub. Müraciətə əsasən ailənin maddi-məişət şəraitinin müayinəsi həyata keçirilsə də, imtina qərarı sistem tərəfindən verilib. İmtinaya səbəb əmək qabiliyyətli üzv olan Ramil Alıevin orta aylıq gəlirinin özündən asılı olan səbəblərə görə sıfıra bərabər olması olub. Belə ki, həmin şəxs ərizə-bəyannamədə əcnəbi olaraq qeyd edilmədiyindən sistem tərəfindən ailə üzvündə nəzərə alınaraq məşğulluğunun olmaması səbəbi ilə imtina qərarı verilib.Qeyd edək ki, ailənin yardımla bağlı 2023-cü ildə olan təyinat statuslu müraciətində R.Alıevin əcnəbi olması barədə məlumat ərizə-bəyannamədə qeyd edilmişdir. Bu səbəblə həmin şəxs ailə tərkibində nəzərə alınmadığından məşğulluğu yoxlanılmamış və təyinat qərarı verilmişdir.Ailə yardımla bağlı yenidən müraciət edərkən R.Alıevin əcnəbi olması barədə məlumatı ərizə-bəyannamədə qeyd edərsə, ailənin hüququna yenidən baxılacaq və bu səbəbdən çətinlik yaranmayacaq”.Maraqlıdır ki, R. Mehdilinin məlum açıqlamasından sonra yenidən DOST mərkəzinə müraciət edən N.Əliyevaya bu dəfə də imtina cavabı verilib. Üstəlik, qurumun əməkdaşı onu təhdid edərcəsinə bildirib ki, 2023-cu ildə ona ayrılan sosial yardım “qanunsuz olub”, bu səbəbdən geri alına bilər.Təbii ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yetkili əməkdaşının vətəndaşla bu cür davranışı onu narahat etməyə bilməzdi. Görəsən, o, kimdən cəsarət alıb, vətəndaşla bu cür danışır?!Ən dəhşətlisi isə odur ki, bu qurumun vəzifəli şəxsi olan Rəşad Mehdilinin mətbuata rəsmi açıqlamasında vətəndaşın haqlı olduğu dolayısı ilə öz təsdiqini tapsa da, nazirliyin müvafiq qurumu çarəsiz xanımı təhdid edir, onunla şantaj dilində danışır. Bütün bunlar isə bir daha onu deməyə əsas verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən vətəndaşlarımız hələ “çox çəkəcək”. Görünür, yeni “sosnazir”in sələfinin erməni qohumlarına belə, rəhmət oxudacağı haqda şübhələrimiz heç də əsassız deyil.Hüriyyət

Seçilən
5
yenisoz.az

1Mənbələr