AZ

Tramp yaxın günlərdə Kir Starmerlə görüşmək niyyətindədir

ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə Britaniyanın Baş naziri Kir Starmerlə görüşməyi planlaşdırır.

APA xəbər verir ki, Amerika lideri bu barədə Ağ Evin Oval kabinetində bir neçə yeni fərman imzalayarkən jurnalistlərə bildirib.

“O, görüş istədi və mən də görüşməyə razı oldum. Anladığım qədər, o, gələn həftə və ya həftəsonu Vaşinqtona gəlmək istəyir. Biz müzakirələr apara bilərik. Bu, mənim yox, onun istəyidir. Biz yaxşı anlaşırıq. O, çox yaxşı biridir”, - Tramp qeyd edib.

Seçilən
12
3
azpolitika.info

6Mənbələr