AZ

Ozan Güvenə 11 il həbs istənildi

Keçmiş sevgilisi Deniz Bulutsuza qarşı zorakılıq tətbiq etdiyi iddia edilən aktyor Ozan Güvenin mühakimə olunduğu işlə bağlı prokuror münasibətini açıqlayıb.

Kulis.az xəbər verir ki, prokuror Güvenin "zorla, hədə-qorxu ilə və ya aldatma yolu ilə azadlıqdan məhrum etmə" və "silahla qəsdən yaralama" maddəsi ilə 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Dəniz Bulutsuz üçün "sadə yaralama" cinayətindən 4 aydan 1 ilə qədər həbs cəzası tələb olunub.

Deniz Bulutsuz və Ozan Güvenin bir-birlərindən şikayət etdikləri işin iclası İstanbul 58-ci Cəza Məhkəməsində davam etdirilib .

İclasda tərəflərin vəkilləri iştirak ediblər. Prokurorun rəyi ilə aktyorun "qəsdən xəsarət yetirmə" və "azadlığından məhrum etmə" cinayətlərinə görə 3 il 6 aydan 11 il 6 aya qədər azadlıqdan məhrum edilməsi, təhqir cinayətindən isə bəraət almasını istəyib. Bulutsuzun isə “sadə yaralama” cinayətinə görə 4 aydan 1 ilə qədər həbsə məhkum edilməsi istənilib. Lent.az

Seçilən
18
3
kulis.az

4Mənbələr