AZ

Fedorov Ağ Evin planını İFŞA ETDİ – Rusiyanı Ermənistandan çıxarmaq üçün bu yola ƏL ATACAQLAR...

“Ermənistanın Aİ sıralarına qəbul ediləcəyini düşünmürəm. Amma biz aydın başa düşməliyik ki, Ermənistan Qərbə dönüşü obyektiv reallıqdır. Bu prosesin əks istiqamətdə getməsi şansı praktiki olaraq yoxdur. Çünki Ermənistanın özündə və onun ətrafında, xüsusən də diasporda Rusiyanın guya özünün milli təhlükəsizliyinin elementi olmaq iqtidarında olmaması tezisi üstünlük təşkil edir”.

Bizim.Media xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin keçmiş müavini Andrey Fedorov yerli KİV-lərə müsahibəsində deyib.

O hesab edir ki, yaxın gələcəkdə Ermənistan tərəfindən bir sıra addımlar atılacaq:

“Bu, Aİ-yə üzvlüklə bağlı referendumun keçirilməsidir. İkincisi isə Ermənistanda yeni milli təhlükəsizlik sisteminin təşkili ilə bağlı ABŞ-la konkret razılaşmaların əldə olunmasıdır.

Ermənistan tərəfdən Rusiya üçün indiki reallıq budur. Bütün bunlar, təbii ki, Rusiya-Ermənistan münasibətlərinə təsirini davam etdirəcək. Təbii ki, bu, regiondakı vəziyyətə öz təsirini göstərəcək.
 

Mənim nöqteyi-nəzərimə görə, regionun gələcəyini Trampın siyasətinə əsasən şərh edən bir çox ekspertlərin böyük səhvi var. ABŞ-ın hazırkı siyasətində əsas amil Trampın özü deyil, onun komandasıdır. Bu komanda müxtəlif istiqamətlərdə, o cümlədən Cənubi Qafqazda necə hərəkət etmək planını formalaşdırır.


Ona görə də, məsələn, Vaşinqtonda ABŞ prezidenti ilə Ermənistanın baş naziri arasında heç bir görüş olmamasını qabartmaq olmaz. Trampla görüş simvolikdir. Praktiki siyasəti Tramp deyil, onun komandasındakı insanlar aparır. Və bu insanlar Rusiyanı Cənubi Qafqaz regionundan sıxışdırıb çıxarmaqda kifayət qədər qətiyyətlidirlər. Ermənistan Rusiya qüvvələrinin respublika ərazisində mövcudluğunu dayandırmaq üçün qanunvericilik aktı qəbul edə bilər.

Bu, “texniki əsaslandırma” məsələsidir. ABŞ Ermənistanın gələcək inkişafı üçün rəhbər qüvvəyə çevrilir. Onun gələcəyi indi Amerika Birləşmiş Ştatlarının milli maraqlarına cavab verən formalaşdırmalara, yanaşmalara yönəlib. Vaşinqtondan Ermənistan üçün maliyyə tapmaq heç də çətin bir məsələ deyil”.

Surxay Atakişiyev, Bizim.Media

Seçilən
14
bizim.media

1Mənbələr