AZ

"Trabzonspor" "Yuventus"u məğlub etdi, "Atalanta" ilə rəqib oldu

UEFA Gənclər Liqasında "Yuventus"u məğlub edərək 1/8 finala vəsiqə qazanan "Trabzonspor"un rəqibi bəlli olub. 

Apasport.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən püşkatmada Qara dəniz təmsilçisinin 19 yaşadək futbolçulardan ibarət komandasının rəqibi yenə İtaliya klubu olub. 

"Trabzonspor" - "Atalanta" matçı nə vaxtdır?

Türklər bu mərhələdə "Atalanta" ilə üz-üzə gələcək. Bir matç üsulu ilə keçiriləcək görüş martın 4-ü və ya 5-i Trabzonda oynanılacaq.

"Trabzonspor"un 1/4 finalda potensial rəqibi

"Trabzonspor" “Atalanta”nı mübarizədən kənarlaşdırsa, 1/4 finalda “Bavariya” – “İnter” matçının qalibi ilə qarşılaşacaq.

"Trabzonspor" - "Yuventus" matçı

Qeyd edək ki, Türkiyə təmsilçisi "Yuventus"u 1:0 hesabı ilə məğlub etmişdi. 

 

Arne Slot: “İndi geriyə baxanda hər şeyi fərqli edərdim”

Bundesliqada ən yaxşı oyunçu bəlli oldu

TFF-dən dəyişiklik: Xal silmə cəriməsi 9 oldu

“Siti”də ciddi itki: 8-10 həftə forma geyinə bilməyəcək

Keyn öz ölkəsinə qayıda bilər

Seçilən
5
apasport.az

1Mənbələr