Fevralın 14-də Baş prokuror Kamran Əliyev Xəzər Rayon Prokurorluğunun inzibati binasında Bakı şəhərinin Xəzər, Pirallahı rayonları və digər bölgələrdən olan vətəndaşların müraciətlərini dinləyib.
İştirak edən 22 vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.
Qəbuldan sonra Kamran Əliyev prokurorluq əməkdaşlarına konkret tapşırıqlar verib, “Elektron prokurorluq” informasiya sisteminin fəaliyyəti ilə yerində tanış olub.
XQ