Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Yevlaxda vətəndaşlarla görüşüb. Görüşdə Yevlax və Mingəçevir şəhər sakinlərinin müraciətləri dinlənilib.
Dövlət Komitəsinin aidiyyəti struktur bölmə rəhbərinin də iştirakı ilə keçirilən görüşdə vətəndaş müraciətləri uşaqla ünsiyyət, boşanmadan sonra yaranan hüquqi problemlərin həlli, müalicə, təhsil, işlə təmin olunma və digər məsələlər yer alıb. Qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verilib.
XQ