AZ

Xaçmazda narazılıq - Sakinlər kimdən şikayətçidir?

Ajans.az Xezerxeber.az-a istinadən xəbər verir ki, Xaçmazın Xudat şəhərinin əhalisi belə iddialarla çıxış edir. Sakinlər bildirirlər ki, Şollar suyunun əsas mənbəyi bu bölgədən keçsə də, şəhərin bir çox küçəsində yaşayan insanlar təmiz sudan istifadə edə bilmirlər. Xüsusilə Səttərxan, Babək, Şıxlinski, Axundov və digər küçələrdə içməli su təminatı ya yoxdur, ya da fasilələrlə verilir.

Sakinlər qeyd edirlər ki, məcbur qalıb suyu ya pulla alır, ya da uzaq məsafələrdən daşıyırlar. Bu, həm maddi çətinlik yaradır, həm də gündəlik həyatı çətinləşdirir. Dəfələrlə aidiyyəti qurumlara müraciət olunsa da, problem hələ də həll edilməyib.

Məsələyə aidiyyəti qurumdan da münasibət bildirilib.

Ətraflı videomaterialda:

Seçilən
22
2
Ajans.az

3Mənbələr