AZ

İkitərəfli əlaqələr daha da möhkəmlənəcək

Hər dövlət xarici siyasi kursu uyğun olan dövlətlərlə ikitərəfli əlaqələr saxlayır, onu davam və inkişaf etdirir.

Azərbaycan dünyanın əksər dövləti ilə ikitərəfli qarşılıqlı əlaqələrə malikdir. Bu əlaqələrin başlıca mahiyyəti siyasi əlaqələrdir, siyasi əlaqələrə əsaslanan iqtisadi əlaqələrdir. Bu siyasi tezis Azərbaycanla Somali Federativ Respublikası arasında da mövcuddur və bu, Azərbaycan Respublikasının Prezidenti cənab lham Əliyevin cari ilin fevralın 12-də Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmudun Azərbaycana rəsmi səfəri ilə bağlı mətbuata verdiyi bəyanatında da öz əksini tapmışdır. Dövlət başçımız Bəyanatda Bakıda imzalanmış bütün razılaşmaların həyata keçiriləcəyini, münasibətlərimizin daha yüksək səviyyəyə qaldırılacağına əminliyini bildirmişdir. İkitərəfli münasibətlərdə təhsilə xüsusi əhəmiyyət verildiyini də xatırladan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dedi: “Azərbaycana sərmayələrin cəlb edilməsində və müsbət işgüzar mühitin yaradılmasında təcrübəmizi bölüşdüm. Müzakirə etdiyimiz və edəcəyimiz sahələr sırasında, düşünürəm ki, ən vaciblərindən biri təhsil sahəsidir. Bu gün həmin sahədə artıq ilkin nailiyyətlərimiz var. Somalidən bir sıra tələbə Azərbaycanda Heydər Əliyev adına təqaüd əsasında təhsil alır. Bu gün imzalanmış sənəd onların sayını artırmaq imkanını yaradacaq. İlkin mərhələdə on tələbə, sonra isə onların sayı daha çox ola bilər. Bir sözlə, onların universitetlərimizdə müasir təhsil proqramlarına çıxış əldə etmək imkanı olacaq və belə fürsət Somalinin iqtisadi inkişafına fayda verəcək”.

Azərbaycan İkinci Qarabağ müharibəsində tarixi Zəfər qazandı, torpaqlarını işğaldan qurtardı, ərazi bütövlüyünü tam bərpa etdi. Müharibədən sonra ordu quruculuğunun yeni mərhələsi başladı. Bu mərhələ də ordunun gücünün daha dinamik əsaslarla yüksəldilməsi baxımından dövlət üçün prioritetdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cari ilin fevralın 12-də Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmudun Azərbaycana rəsmi səfəri ilə bağlı mətbuata Bəyanatında bu haqda da məlumat verərək bildirdi ki, “Bu gün sənəd imzalandı və sabah cənab Prezident Azərbaycanın müdafiə imkanlarının, o cümlədən müdafiə sənayesinin bəzi elementləri ilə tanış olacaq. Hazırda nümayəndə heyətlərinin görüşü zamanı bu imkanları birmənalı şəkildə müzakirə edəcəyik. Azərbaycan müdafiə avadanlığının əksər hissəsini istehsal edərək, güclü müdafiə sənayesi potensialını yaradıb. Həmin avadanlıq həm bizə lazımdır, həm də müasir müdafiə avadanlığına malik olan 10-a yaxın ölkənin mühüm ixracatçısına çevrilmək imkanıdır. Burada təlimlər də var, çünki İkinci Qarabağ müharibəsi və sonradan antiterror əməliyyatı hərbi qulluqçularımızın yüksək peşəkarlığını nümayiş etdirdi. Onlar altı və ya yeddi müdafiə xəttinə, müxtəlif müdafiə istehkam infrastrukturuna baxmayaraq, təxminən otuz il işğal altında olan ərazimizi çox mürəkkəb coğrafi relyef şəraitində azad edərək, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini qısa müddət ərzində tam bərpa edə bildilər. Beləliklə, sabah, həmçinin xüsusi təyinatlılarımız cənab Prezidentə təqdim olunacaq. Bir sözlə, düşünürəm ki, müdafiə sahəsində əməkdaşlıq, təlimlər və potensial qaydada müdafiə avadanlığının birgə istehsalı, Azərbaycandan Somaliyə onun təchizatı əməkdaşlığımızın mühüm sahələrindən biri olmalıdır”.

Fevralın 12-də “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Somali Federativ Respublikasının Prezidentinin Ofisi arasında dövlət xidmətlərinin göstərilməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Somali Federativ Respublikasının Energetika və Su Ehtiyatları Nazirliyi arasında yaşıl enerji sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Somali Federativ Respublikasının Təhsil, Mədəniyyət və Ali Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq haqqında Saziş” kimi mühüm sənədlər imzalandı. Bu sənədlər də təsdiq edir ki, bu iki dövlət arasında ikitərəfli əlaqələr daha da möhkəmlənəcəkdir…

Səbinə XASAYEVA,

Milli Məclisin deputatı

 

 

 

 

Seçilən
1
4
sabahinfo.az

5Mənbələr