AZ

İqtisadi artım yeni investisiyalara meydan açır

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə baş iqtisadçısı İvailo İzvorski, proqram rəhbəri Miquel Sançez Martin və aparıcı iqtisadçılar Roberto Jaef və Stiv Loris Gui-Dibi ilə görüşüb.

Mərkəzdən redaksiyamıza daxil olan məlumata əsasən, görüşdə V.Qasımlı dövlət proqramlarının idarə edilməsi, ortamüddətli xərclər çərçivəsi və dövlət investisiya proqramının icrası ilə bağlı görülən işləri xüsusi qeyd edib. O, İİTKM-də yaradılan monitorinq və qiymətləndirmə institutu, eləcə də data əsaslı, real vaxt rejimində və süni intellekt texnologiyalarından istifadə edən rəqəmsal platformalar vasitəsilə aparılan qiymətləndirmə prosesi barədə qonaqlara ətraflı məlumat verib.

Mərkəzin icraçı direktoru Azərbaycanın iqtisadi artım tempinin qlobal göstəricini üstələməsini, ölkənin investisiya reytinqi almasını və MDB-də kredit reytinqinə görə ilk üçlükdə mövqelənməsini, həmçinin xalis xarici kreditor mövqeyinin ÜDM-in 150 faizdən, xalis dövlət vəsaitlərinin isə ÜDM-in 70 faizdən çox olmasını bildirib. V.Qasımlının fikrincə, bu göstəricilər investisiyaların cəlb edilməsi və innovasiyaların inkişafı istiqamətində imkanlar yaradır. 

Görüşdə İİTKM-in icraçı direktorunun müşaviri Təranə Salıfova, Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri Vüsalə Cəfərova, iqtisadi təhlil şöbəsinin müdiri Günay Quliyeva, monitorinq və qiymətləndirmə şöbəsinin baş məsləhətçisi Gültac Əhmədzadə-Tapdıqzadə də iştirak ediblər.

Seçilən
10
2
xalqqazeti.az

3Mənbələr