AZ

ABŞ-də baş verən qəzaya görə ölkənin əsas magistrallarından biri bağlanıb

ABŞ-də Vayominq ştatının cənub-qərbində baş verən ağır qəza nəticəsində ən azı iki nəfər ölüb, beş nəfər ağır yaralanıb.

Hadisə Svitvoter dairəsinin Qrin-River şəhəri yaxınlığında baş verib.

Hadisə ABŞ-da ikinci ən uzun dövlətlərarası magistral "I-80” yolunun (təxminən 4670 km) üzərində yerləşən tunellərin birində baş verib.

Yol Nyu-Cersi, Pensilvaniya, Ohayo, İndiana, İllinoys, Ayova, Nebraska, Vayominq, Yuta, Nevada, Kaliforniya ştatlarından keçir.
 
 
 

Seçilən
7
5
7news.az

6Mənbələr