Ukrayna müharibənin 1088-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
Məlumata əsasən, Rusiya indiyə qədər 856 660 hərbçi, 10 068 ədəd tank, 20 927 ədəd zirehli döyüş maşını, 23 174 ədəd artilleriya sistemi, 1 283 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1067 hava hücumundan müdafiə sistemi, 370 ədəd hərbi təyyarə, 331 ədəd helikopter, 37 379 ədəd avtomobil texnikası, 25 341 ədəd PUA, 3063 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 747 xüsusi avadanlıq itirib.