Müğənni Günay İbrahimli sevgi etirafı ilə diqqət çəkib.
BAKU.WS xəbər verir ki, aparıcı Zümrüd Bədəlovanın "Gün ortası" verilişinə qonaq olan ifaçı sevib-sevildiyini bəyan edib. O həqiqi sevgi yaşadığını və bu hissi bütün qadınlara arzu etdiyini deyib. Günay bu barədə danışarkən göz yaşlarına hakim ola bilməyib:
"Etiraf edə bilərəm ki, sevgim günü-gündən artır. Deyirlər ki, sevginin ömrü 3 il olur. Amma mən razı deyiləm. İllər keçdikdcə insan doğmalaşır, daha çox sevirsən. O sənin yarın olur. İçimdə olan sevgi hissini bütün qadınlara arzu edirəm. Hədiyyə və jestlər boş şeydir. Sənin yanında qeydinə qalan, arxanda kölgə kimi dayanan bəy olmalıdır. Bunu hər kəsə arzu edirəm. Çox şükür sevilirəm və sevirəm. Allah bizi heç zaman ayırmasın. Sevgim günü-gündən artır və ölənə qədər sevəcəyəm".
Ətraflı videoda: