AZ

Azərbaycanda yeni nəsil kassa aparatları ilə dövriyyə 16% artıb

Bu ilin yanvar ayında Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatlar (NKA) vasitəsilə qeydə alınan dövriyyə 2 milyard 20,9 milyon manat olub.

FED.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16 % çoxdur.

Bu il fevralın 1-nə qədər ölkə ərazisində 104 491 ədəd NKA quraşdırılıb.

"Yeni nəsil NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb", - deyə məlumatda qeyd olunub.

Seçilən
1
7
fed.az

10Mənbələr