AZ

Dəhşətli qəza: 23 ölü, 48 yaralı

Nigeriyanın Kano əyalətində yük maşınının aşması nəticəsində 23 nəfər ölüb, 48 nəfər yaralanıb.

"Cebheinfo.az" xəbər verir ki, Nigeriya Milli Yol Təhlükəsizliyi Təşkilatının Kano Dövlət Koordinatoru Umar Matazu verdiyi yazılı açıqlamada, Kano-Maiduguri şosesində sərnişin və yük maşınının aşdığını deyib.

Matazu qəzada 23 nəfərin həyatını itirdiyini, 48 nəfərin yaralandığını bildirib.

Yaralıların xəstəxanaya aparıldığını qeyd edən Matazu ölənlərin sayının artacağından narahat olduğunu bildirib.

Matazu həddindən artıq sürətin qəzaya səbəb ola biləcəyinə işarə edərək sürücüləri diqqətli olmaları barədə xəbərdar edib.

Yerli mediada yer alan qəzanın görüntülərində yük maşınının aşması əks olunub.

Seçilən
79
cebheinfo.az

1Mənbələr