AZ

Xaçmazda içməli su problemi – Sakinlər narazıdır + Video


Anbardan əhaliyə verilən su boruları vaxtında təmizlənmir… Digər tərəfdən, su fasilələrlə verildiyindən problem yaranır...
Yeniavaz.com
xəbər verir ki, bu barədə Xaçmazın Xudat şəhərinin sakinləri “Xəzər TV”yə bildirib.
Sakinlər iddia edirlər ki, Şollar suyunun əsas mənbəyi bu bölgədən keçsə də, şəhərin bir çox küçəsində yaşayan insanlar təmiz sudan istifadə edə bilmirlər. Xüsusilə Səttərxan, Babək, Şıxlinski, Axundov və digər küçələrdə içməli su təminatı ya yoxdur, ya da fasilələrlə verilir.
Sakinlər həmçinin qeyd edirlər ki, məcbur qalıb suyu ya pulla alır, ya da uzaq məsafələrdən daşıyırlar. Bu, həm maddi çətinlik yaradır, həm də gündəlik həyatı çətinləşdirir. Dəfələrlə aidiyyəti qurumlara müraciət olunsa da, problem hələ də həll edilməyib.
Məsələyə aidiyyəti qurumdan da münasibət bildirilib və layihənin icrası üçün vəsait ayrıldıqdan sonra bu istiqamətdə işlərin görüləcəyi qeyd edilib.
Mövzu ilə bağlı daha ətraflı videomaterialda:
Seçilən
26
2
yeniavaz.com

3Mənbələr