AZ

Ədliyyə naziri Şirvan şəhərində vətəndaşların müraciətlərini dinləyib – FOTO

Ədliyyə naziri Fərid Əhmədov fevralın 14-də Şirvan şəhərində vətəndaşları qəbul edib.

Bu barədə Doğru.az-a Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, qəbuldan əvvəl nazir Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib və önünə gül dəstəsi qoyub.

Qəbulda Şirvan, Hacıqabul, Sabirabad və Salyan rayon sakinlərinin ədliyyə fəaliyyəti ilə bağlı müraciətləri dinlənilib. Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qismi yerində müsbət həllini tapıb. Əlavə araşdırma tələb edən digər müraciətlərə isə mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılması ilə bağlı nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbər şəxslərinə müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilib.

DOĞRU.AZ

image-173960074952242835_1200x630 image-17396007491742619886_1200x630

Seçilən
22
16
dogru.az

10Mənbələr