Bu barədə Demokrat.az-a Milli Kitabxanadan məlumat verilib.
Bildirilib ki, sərgidə qəzəlxanın qəzəlləri, tərcümələri, redaktə etdiyi kitablar, həyat və yaradıcılığı haqqında ədəbiyyatlar, qəzəllərinə bəstələnmiş musiqi notları nümayiş olunur.
Sərgi bir həftə davam edəcək.
Qeyd edək ki, Azərbaycan şairi, qəzəl ustadı, Əməkdar incəsənət xadimi Əliağa Vahid 1895-ci il fevralın 17-də Bakı şəhərində anadan olub. Mollaxanada oxumağa başlayıb, sonra ehtiyac üzündən təhsilini yarımçıq qoyaraq xarratlıq edib. O, gənc yaşlarında Bakıdakı “Məcməüş-şüəra” ədəbi məclisində iştirak edib, Azər İmaməliyev, Müniri və başqa şairlərin təsiri ilə lirik şeirlər yazıb. Satirik şeirlərində ictimai nöqsanları, mövhumatı, zülm və haqsızlığı ifşa edib. İlk kitabının adı “Tamahın nəticəsi” olub.
Füzuli ənənələrinin davamçısı olan Vahid müasir Azərbaycan ədəbiyyatında qəzəl janrının görkəmli nümayəndəsidir. Qəzəlləri poetik dilinin sadəliyi, xəlqiliyi və ahəngdarlığı ilə seçilir, xanəndələrin repertuarında mühüm yer tutur.
Əliağa Vahid Nizami, Xaqani, Füzuli, Nəvai və başqalarının qəzəllərini Azərbaycan dilinə tərcümə edib.
5Mənbələr
-
sia.azMilli Kitabxanada kitab sərgisi açılıb ( 15495099)
-
sia.azMilli Kitabxanada kitab sərgisi açılıb ( 15495097)
-
demokrat.az“Əməkdar incəsənət xadimi Əliağa Vahid-130” adlı kitab sərgisi açılıb ( 15489735)
-
azertag.azMilli Kitabxanada “Əməkdar incəsənət xadimi Əliağa Vahid-130” adlı kitab sərgisi açılıb ( 15489467)
-
xalqqazeti.azMilli Kitabxanada “Əməkdar incəsənət xadimi Əliağa Vahid - 130” adlı ənənəvi kitab sərgisi açılıb ( 15489217)