AZ

Azərbaycan Ordusunda keçiriləcək andiçmə mərasimləri ilə bağlı MÜHÜM XƏBƏR

Fevralın 16-da Azərbaycan Ordusunun hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimləri keçiriləcək.


Bu barədə Pravda az-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilir ki, mövsümü xarakter daşıyan respirator virus infeksiyalarına yoluxma halları nəzərə alınaraq adaptasiya dövründə olan gənc əsgərlərin sağlamlığının qorunması məqsədilə hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub.
 

"Vətəndaşlardan hərbi qulluqçularımızın sağlamlığına həssaslıqla yanaşmağı, qeyd olunan məhdudiyyəti anlayışla qarşılamağı, andiçmə mərasimləri zamanı hərbi hissələrə gəlməməyi xahiş edirik", - məlumatda qeyd olunub.

Tarix: 15 Fevral 2025, 11:50   
Seçilən
1
49
pravda.az

10Mənbələr