Azərbaycan Ordusunun hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimləri fevralın 16-da keçiriləcək.
NOCOMMENT.az bildirir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, mövsümü xarakter daşıyan respirator virus infeksiyalarına yoluxma halları nəzərə alınaraq adaptasiya dövründə olan gənc əsgərlərin sağlamlığının qorunması məqsədilə hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub.
“Vətəndaşlardan hərbi qulluqçularımızın sağlamlığına həssaslıqla yanaşmağı, qeyd olunan məhdudiyyəti anlayışla qarşılamağı, andiçmə mərasimləri zamanı hərbi hissələrə gəlməməyi xahiş edirik”, – məlumatda vurğulanır.\\Oxu.Az