AZ

"Sağ qalmaq şansımız azdır" - Zelenski sənədi imzalamadı

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-yə Ukraynanın mineral ehtiyatlarının 50%-nə sahib olmaq hüququnu verən sənədi imzalamaqdan imtina edib.

Demokratikmusavat.comxəbər verir ki, bu barədə “The Washington Post”un jurnalisti Coş Roqin yazıb. 

“Münhendə bir neçə rəsmi şəxs mənə dedi ki, ABŞ Konqresinin nümayəndə heyəti Zelenskiyə ABŞ-nin Ukraynanın gələcək mineral ehtiyatlarının 50%-nə hüquqlarını verəcək kağız parçası təqdim edib. Zelenski nəzakətlə onu imzalamaqdan imtina edib”, - o bildirib.

Bundan əvvəl ABŞ-nin vitse-prezidenti Ceyms Devid Venslə görüşdən sonra Zelenski Kiyev və Vaşinqtonun nadir torpaq metalları ilə bağlı sənəd üzərində işləməyə davam edəcəklərini söyləyib.

Digər tərəfdən, Ukrayna Prezidenti "NBC News"a müsahibəsindən deyib ki, ABŞ-nin hərbi dəstəyi olmadan Ukraynanın “sağ qalmaq şansı azdır”.

“Yəqin ki, çox, çox, çox çətin olacaq. Və təbii ki, bütün çətin vəziyyətlərdə şansınız var. Lakin ABŞ dəstəyi olmadan sağ qalmaq şansımız az olacaq”, - deyə Zelenski qeyd edib.

Kriptovalyuta bazarında vəziyyət kəskin dəyişdi

Nazirlikdən qərar: Muay-tay Azərbaycan Kikboksinq Federasiyasının tərkibinə daxil edildi

Əfsanəvi Lionel Messi və komanda yoldaşları Bakıya gəlirlər

"Bilgəh" sanatoriyasının baş həkimi ambulator arayışı niyə qanunsuz sayır?

Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb

Ata məktəbli qızını paltarına görə döyüb pəncərədən atdı

Kənddə yaşayan əhali üçün hansı dövlət proqramları olmalıdır? - ŞƏRH

Diplom tanınmasına dair 9 nəfərə verilmiş şəhadətnamə ləğv olundu

Vəkillər Kollegiyası Qarabağ qazisinin ittihamı və iddiası qarşısında

SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb

Seçilən
13
4
Demokratikmusavat.com

5Mənbələr