AZ

Novruz bayramında ardıcıl 11 gün qeyri-iş günü olacaq

Bu il Novruz bayramında 11 gün qeyri-iş günü olacaq.

Ucnoqta.az xəbər verir ki, Nazirlər Kabinetinin 11 dekabr 2024-cü il tarixli qərarına əsasən, 2025-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramıdır. Bu il 22 və 23 mart tarixləri bazar gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən, 25 və 26 mart qeyri-iş günü olacaq.

Nazirlər Kabinetinin bu günrü qərarına əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2025-ci il 27 və 28 mart iş günləri ilə müvafiq olaraq 10 mart və 1 aprel istirahət günlərinin yerləri dəyişdirilib.

Beləliklə, 29 və 30 mart tarixlərinin də şənbə və bazaar günlərinə təsadüf etdiyini nəzərə alsaq, bu il Novruz bayramında 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29 və 30 mart tarixləri qeyri-iş günü olacaq.

Seçilən
52
18
ucnoqta.az

10Mənbələr