![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2025/2/15/1/9a799743-77a8-4159-a41f-0c5e6d7490cb/andicme-merasimi-ordu-yeni.jpg)
Fevralın 16-da Azərbaycan Ordusunun hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimi keçiriləcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, mövsümü xarakter daşıyan respirator virus infeksiyalarına yoluxma halları nəzərə alınaraq adaptasiya dövründə olan gənc əsgərlərin sağlamlığının qorunması məqsədilə hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub.