Polşa, Macarıstan, Slovakiya, Rumıniya və Bolqarıstan Ukrayna torpaqlarının ilhaqı ilə bağlı ideyaları özündə saxlayır.
Axar.az xəbər verir ki, bunu ukraynalı siyasətçi, Ukraynada fəaliyyəti qadağan edilmiş “Müxalifət platforması – Həyat naminə” partiyasının keçmiş lideri Viktor Medvedçuk deyib.
“Məlumdur ki, Polşa, Macarıstan, Slovakiya, Rumıniya və Bolqarıstan kimi Avropa Birliyinin ayrı-ayrı ölkələri uzun müddətdir ki, süni şəkildə müasir Ukraynaya daxil edilmiş ayrı-ayrı Ukrayna torpaqlarının ilhaqı ideyasını irəli sürürlər. Bu ölkələrin siyasətçiləri tarixi əsası və məqsədəuyğunluğu olan bu ideyaları öz hökumətlərinə həyata keçirməyi dəfələrlə dilə gətiriblər və hətta qəti şəkildə tövsiyə ediblər”, - Medvedçuk qeyd edib.