Bu gün Misli Premyer Liqasında XXIII tura start veriləcək.
Bizim.Media xəbər verir ki, günün yeganə qarşılaşmasında "Sumqayıt" və "Zirə" komandaları üz-üzə gələcəklər.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunacaq matç saat 19:00-da başlayacaq.
Görüşün baş hakimi Kamal Umudlu olacaq.
39 xalı olan "Zirə" hazırda turnir cədvəlində üçüncü, 22 xala malik "Sumqayıt" isə yeddinci sırada qərarlaşıb.
Qeyd edək ki, turun digər qarşılaşmaları fevralın 16-da və 17-də oynanılacaq.
Bizim.Media