AZ

Azərbaycanda borcların idarə edilməsi üzrə institusional baza təkmilləşdirilib - Soltan Məmmədov

Bakı. Trend:

Parlamentlər Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün çoxmühüm məsələ olan dövlət borcuna nəzarət edilməsini diqqətmərkəzində saxlamalıdır.

Trend xəbərverir ki, bu fikirləri Milli Məclisin deputatı Soltan MəmmədovParlamentlərarası İttifaqın və BMT Baş Assambleyası prezidentininbirgə təşəbbüsü ilə BMT-nin Baş Qərargahında keiçirilən “Dayanıqlıİnkişaf Məqsədləri üzrə fəaliyyətin genişləndirilməsi: Maliyyə,İnstitutlar və Siyasət” mövzusunda parlament dinləmələrindəçıxışında deyib.

O qeyd edib ki, Azərbaycanın xarici dövlət borcu ölkənin ÜDM-nin6,9%-ni təşkil edib: "Əvvəlki illə müqayisədə xarici dövlət borcu20,1% azalıb. Bu, həm də dünya ölkələri arasında ən yaxşıgöstəricilərdən biridir".

Millət vəkili bildirib ki, Azərbaycanda həm daxili, həm dəxarici borcların ödənilməsi üçün makroiqtisadi sabitliyinqorunması, qiymətlərin aşağı və sabit saxlanılması üçün bir sıratədbirlər həyata keçirilib. Borcların idarə edilməsi üzrəinstitusional baza təkmilləşdirilib, maliyyə bazarlarının səmərəlifəaliyyəti təmin edilib:

"Nəticədə, iqtisadi proqnozlar özünü doğrultdu və ən əsasıinvestisiya axını reallaşarkən vətəndaşların əmanətləriamortizasiyadan qorundu. “Azərbaycan Respublikasının 2022–2026-cıillərdə sosial-iqtisadi inkişaf Strategiyası” və “AzərbaycanRespublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzunmüddət üçün Strategiya”da qarşıya qoyulan vəzifələr uğurlareallaşdırılıb".

Qeyd edək ki, Parlamentlərarası İttifaqın (IPU) Azərbaycandanvitse-prezidenti, Milli Məclisin deputatı Sevil Mikayılova və MilliMəclisin deputatı Soltan Məmmədov Parlamentlərarası İttifaqın vəBMT Baş Assambleyası prezidentinin birgə təşəbbüsü ilə “Dayanıqlıİnkişaf Məqsədləri üzrə fəaliyyətin genişləndirilməsi: Maliyyə,İnstitutlar və Siyasət” mövzusunda BMT-nin Baş Qərargahındakeçirilən parlament dinləmələrində də iştirak edirlər. Dinləmələrə60-dan çox ölkənin parlamentariləri, məsləhətçi və ekspertləridaxil olmaqla 300-ə yaxın iştirakçı qatılıb.

Məqalədə:
Seçilən
18
2
az.trend.az

3Mənbələr