Binə qəsəbə stadionunda bir sıra dəyişikliklər həyata keçiriləcək.
Bu barədə Viral.az-a AFFA-nın mətbuat xidmətindən məlumat verilib.
Stadionda ehtiyat oyunçular skamyası, paltardəyişmə otağının mebelləri yenilənəcək. Həmçinin xırda kosmetik dəyişikliklər də gözlənilir. Böyük təmir işləri isə nəzərdə tutulmayıb.
Son Yazılar:
- Bu stadionda dəyişikliklər həyata KEÇİRİLƏCƏK
- Tam 12 gün ardıcıl iş qeyri-iş günü olacaq
- Azərbaycan Ordusunda andiçmə mərasimi bu vaxt baş TUTACAQ
Stadionda artıq oyunların keçirildiyi nəzərə çatdırılıb. Bununla yanaşı müqaviləsi olan bəzi klubların hələ meydandan istifadə etmədiyi vurğulanıb.
Əvəzedicilərdən “Araz-Naxçıvan-2”, “Zirə-2”, “Qarabağ-2”nin, I Liqa təmsilçilərindən MOİK və “Baku Sportinq”in, II Liqadan “Dinamo”nun, həmçinin “Qarabağ”ın 19 yaşadək futbolçulardan ibarət komandasının müqaviləsi olsa da hələ ki, stadionda oyun keçirməyib.
Qeyd edək ki, bir müddət öncə AFFA tərəfindən yenilənən Binə stadionunun süni ot örtüyünün “FIFA Quality Pro” sertifikatına uyğunluğu təsdiqlənib.