Bakı. Trend:
15 fevral 2025-ci il tarixində Azərbaycan Respublikasının xariciişlər naziri Ceyhun Bayramov Münxen Təhlükəsizlik Konfransıçərçivəsində Litva Respublikasının xarici işlər naziri KestutisBudris ilə görüşüb.
Bu barədə Trend-ə XİN-dən məlumat verilib.
Görüş zamanı Azərbaycan və Litva arasında mövcud əməkdaşlıqgündəliyinin aktual məsələləri, regional və beynəlxalqtəhlükəsizlik mövzuları ətrafında fikir mübadiləsi aparılıb.
Nazir Ceyhun Bayramov, postmünaqişə dövründə bölgədə mövcudvəziyyət və reallıqlar barədə qarşı tərəfi məlumatlandırıb.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərətrafında fikir mübadiləsi aparılıb.