AZ

Bakıda AĞIR QƏZA: Ölən və yaralananlar var

Bakının Nərimanov rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

 

Ekologiya.az xəbər verir ki, 1991-ci il təvəllüdlü Ramil Aslan oğlu Qasımov idarə etdiyi “VAZ 2101” markalı avtomobillə 1999-cu il təvəllüdlü Soltan İlqar oğlu Tağıyevin idarə etdiyi “Toyota Prius” markalı avtomobillə toqquşub.

 

Nəticədə “VAZ 2101”də olan sərnişin, 1993-cü il təvəllüdlü Fərdi Mehman oğlu Zülfüqarov hadisə yerində ölüb. R.Qasımov, S.Tağıyev və onun idarə etdiyi avtomobildə olan sərnişin, 2000-ci il təvəllüdlü Məmməd Rəhim oğlu Şərifov isə xəsarət alıb.

 

Faktla bağlı cinayət işi başlanıb.Sfera.az

Seçilən
62
32
ekologiya.az

10Mənbələr