Hizbullah Livan ictimaiyyətini İsrailin müdaxiləsini və Livanın suverenliyini pozmasını pisləyən etiraz aksiyasında iştirak etməyə çağırıb.
APA xəbər verir ki bu barədə Hizbullah bəyanat yayıb.
Qeyd edilib ki, Hizbullah İsrailin Livanın işlərinə qarışmasına və bu ölkənin suverenliyinin pozulmasına etiraz olaraq bu axşam Beyrut hava limanının köhnə yolunda xalqa toplaşmağa çağırır.
M'əlumata görə, aksiya Beyrut hava limanının köhnə yolunda baş tutacaq.
Mənbə: apa.az