AZ

“Böyük Dəbilqə” - Azərbaycanın iki cüdoçusu finala çıxdı

Bakıda təşkil olunan "Böyük Dəbilqə" turnirinin ikinci günündə Azərbaycanın dörd cüdoçusu finala yüksəlib.

Bu barədə Cüdo Federasiyası məlumat yayıb.

Məlumata görə, 73 kiloqram çəkidə yarışan Rəşid Məmmədəliyev finalda yaponiyalı cüdoçu Tatsuki İşihara ilə üz-üzə gələcək.

Eyni çəkidə mübarizə aparan Vüsal Qələndərzadə isə bürünc medal uğrunda digər Yaponiya idmançısı Ryuqa Tanaka ilə qarşılaşacaq.

Zelim Tçkayev (81 kiloqram) qızıl medal uğrunda Kanadanı təmsil edən Fransua Qotye Drapö ilə gücünü sınayacaq. Bu çəkidə digər cüdoçumuz Ömər Rəcəbli üçüncü yer üçün bəhreynli Askerbyi Qerbekovla tatamiyə çıxacaq.

Mənbə: yenisabah.az

Seçilən
26
49
yenisabah.az

10Mənbələr