AZ

Deputat Pərvanə Vəliyeva vətəndaşlarla görüş keçirdi –FOTOLAR

Bugün deputat Pərvanə Vəliyeva vətəndaş qəbulu keçirib.  Xətai rayonunda yerləşən 58 nömrəli orta məktəbdə səyyar vətəndaş qəbulu keçirilib. Görüş saatları çərçivəsində 22 nəfər rayon sakini qəbula yaxınlaşmış, onların qaldırdıqları məsələlər dinlənilmiş, müraciətləri qəbul edilmişdir. 

QHT.az xəbər verir ki, görüşdə, vətəndaşlara operativ dəstək göstərmək məqsədilə, Xətai rayon İcra Hakimiyyətinin nümayəndələri də iştirak edib. 

Deputat ofisindən bildirilmişdir ki, vətəndaşların müraciətlərinin həlli istiqamətində müvafiq işlər görüləcəkdir.

Növbəti vətəndaş qəbuluna yazılmaq və məlumat almaq üçün aşağıda qeyd olunan nömrə ilə əlaqə saxlaya bilərsiniz: 

+994558113330 

 

Seçilən
63
2
qht.az

4Mənbələr