Bakıda ər-arvad qazdan boğulublar.
News24.az lent.az-a istinadla xəbər verir ki, hadisə fevralın 14-də Binəqədi rayonu Binəqədi-Xırdalan şosesi, Palçık vulkanı adlanan ərazidə baş verib.
46 yaşlı H.Ə. və həyat yoldaşı 45 yaşlı F.Ə. yaşadıqları evin hamam otağında dəm qazından zəhərlənərək ölüblər.
Faktla bağlı araşdırma aparılır.