AZ

12 gün ardıcıl İŞ OLMAYACAQ - Bu tarixlərdə

Xəbər verdiyimiz kimi, Baş nazir Əli Əsədovun Qərarına əsasən, 2025-ci il 27 və 28 mart iş günləri ilə müvafiq olaraq 10 mart və 1 aprel istirahət günlərinin yerləri dəyişdirilib.

Titul.az xəbər verir ki, ölkəmizdə martın 20-dən aprelin 1-dək, yəni ardıcıl 12 gün qeyri-iş günüdür.

1, 2, 8, 9, 15 və 16 mart tarixlərinin də şənbə-bazara təsadüf etməsi ilə mart ayında qeyri-iş günlərinin sayı 18 gün təşkil etmiş olacaq.

Qeyd edək ki, martın 30 və 31-i Ramazan bayramına təsadüf edəcək.

Ölkədə bayramdan sonra ilk iş günü isə aprelin 1-i olacaq.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri

Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Seçilən
46
10
titul.az

10Mənbələr