Bakı. Trend:
“Beşiktaş”ın yarımmüdafiəçisi Jedson Fernandeş Moskva“Spartak”ının hədəfindədir.
Trend türk KİV-lərinəistinadən xəbər verir ki, Rusiya təmsilçisi 26 yaşlı futbolçununkeçidi üçün 25 milyon avro ödəməyə hazırdır.
Məlumata görə, hazırda klublar arasında danışıqlar gedir. JedsonFernandeş 2022-ci ilin yayından “Beşiktaş”da forma geyir. Bumüddətdə o, bütün turnirlərdə 114 matça çıxıb, 14 qol və 15məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edilir ki, portuqaliyalı futbolçunun “Beşiktaş”lamüqaviləsi 2027-ci ilin yayında başa çatır.